Cəmiyyət

Xəzərdə “Ginnesin Rekordlar Kitabı”na düşəcək layihə: Nazir mühüm detalları açıqladı – VİDEO

Sharing is caring!


“Yaşıl enerji sahəsində Azərbaycanın böyük potensialı var. Ətraf mühitin qorunmasına xüsusi önəm verən, bu potensialı nəzərə alan Macarıstanın Azərbaycanla bağlı planları var”.

Bunu Azərbaycan Dövlət Televiziyasında (AzTV) canlı yayımlanan “Əsas məsələ” verilişində qonaq olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

O qeyd edib ki, Macarıstan Azərbaycanın yaşıl enerji sahəsinə investisiya qoymaq niyyətindədir:

“Azərbaycanın həm quruda, həm də Xəzər dənizində külək enerjisindən istifadə etmək planı var. Bu enerjini Avropa bazarlarına çıxarmaq lazımdır. Bununla bağlı “Yaşıl dəhliz” adlı layihə var. Həmin layihəyə əsasən yaşıl enerjini Avropaya çatdıracaq xətt 2000 kilometr uzunluğunda olacaq ki, onun da yüzlərlə kilometri dənizin dibi ilə gedəcək. Odur ki, Xəzərdən başlayacaq bu layihə “Ginnesin Rekordlar Kitabı”na düşəcək”.​

Ətraflı videonu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir