Cəmiyyət

“Azərbaycan Dəmir Yolları” QSC mal-qara saxlayanlara MÜRACİƏT ETDİ – VİDEO

Sharing is caring!


“Azərbaycan Dəmir Yolları” QSC dəmiryol relslərinin keçdiyi ərazilərin yaxınlığında qalan və mal-qara saxlayan sakinlərə müraciət edərək, diqqətli olmağa çağırıb. 

Bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumatda sahibsiz buraxılan mal-qaraların qatarların hərəkətinə ciddi təhlükə yaratdığı qeyd edilir:

“Bu il dəfələrlə heyvanların qatar yoluna çıxması halları yaşanıb. İlin ilk altı ayında baş verən 16 hadisə isə toqquşma ilə nəticələnib. Toqquşma nəticəsində qatarlara ciddi maddi zərər dəyir, qrafikdə gecikmələr yaşanır, texniki heyətin və sərnişinlərin həyatı təhlükə altına düşür”.

Həmin qəzaların videogörüntülərini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir