Dünya

Bolqarıstanda qasırğa: Ölənlər var

Sharing is caring!


Bolqarıstanda güclü yağışlar və qasırğalı küləklərlə müşayiət olunan fırtınalı hava iki nəfərin ölümünə səbəb olub.

Ölkə paytaxtında güclü külək yoldan keçən avtomobilin üzərinə düşən ağacı kökündən qoparıb. Nəticədə 65 yaşlı sürücü hadisə yerində ölüb, həyat yoldaşı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Varnada isə aşan ağac 41 yaşlı qadını öldürüb. Şəhərdə fövqəladə vəziyyət elan edilib. Şəhər və ətraf rayonların sakinləri küçələrə çıxmamağa çağırılır. Dənizdə fırtına olduğu üçün Varna dəniz limanı bağlanıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir