Dünya

Hindistanda naməlum obyekt səbəbindən hava limanında uçuşlar dayandırılıb

Sharing is caring!


Hindistanın Manipur əyalətinin paytaxtı İmfal şəhərindəki hava limanının uçuş-enmə zolağı yaxınlığında naməlum obyekt peyda olub.

Bu səbəbdən bir neçə saat ərzində bütün uçuşlar dayandırılıb. Sonradan naməlum obyektin pilotsuz uçuş aparatı (PUA) olduğu qeyd olunub.

Verilən məlumata görə, içərisində sərnişinlər olan üç təyyarə uçuş-enmə zolağında üç saatdan çox qalıb və gələn iki reys Kəlkətəyə yönləndirilib.

PUA-nı görən kimi hava limanının rəhbərliyi dərhal hava məkanını bağlayıb. Administrasiya hadisənin baş vermə faktını təsdiqləyib. Səlahiyyətli orqanlar buna icazə verdikdən sonra uçuşların qəbulu və yola salınması bərpa edilib.

Aeroport rəhbərliyindən birinin anonimlik şərti ilə jurnalistlərə verdiyi məlumata görə, kifayət qədər böyük olan obyekt bir saatdan çox uçub. Onun kimə məxsus olduğu hələlik məlum deyil.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir