Dünya

Türkiyəli futbolçunun qolu UEFA Çempionlar Liqasının ən gözəl qolu seçildi – VİDEO

Sharing is caring!


“Qalatasaray” formasını geyinən Kerem Aktürkoğlunun “Mançester Yunayted”lə matçda vurduğu qol UEFA Çempionlar Liqasının qrup mərhələsinin ən yaxşı qolu seçilib.

Kerem Aktürkoğlunun bu qolu “Qalatasaray”ın “Mançester Yunayted”i qəbul etdiyi 5-ci turundakı oyunda hesabı 3:3-ə çatdırıb.

Siyahıda ikinci yerdə yenə də “Qalatasaray”dan Tetenin “Kopenhagen”lə matçda vurduğu qol qərarlaşıb.

Çempionlar Liqasında qrup mərhələsinin ən yaxşı qolları siyahısında “RB Leypziq”in futbolçusu Xavi Simons 3-cü, “Mançester Siti”nin futbolçusu Erlinq Holand 4-cü, “Mançester Yunayted”in futbolçusu Bruno Fernandes 5-ci, “Braqa”nın futbolçusu Bruma 6-cı, “Arsenal”dan Qabriel Xesus 7-ci, “Atletiko Madrid”dən Alvaro Morata 8-ci, “Yanq Boyz”dan Meşak Elia 9-cu, “Nyukasl Yunayted”dən Coelinton isə 10-cu yerdə qərarlaşıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir