Dünya

Gürcüstanda tanınmış bloqerin evində axtarış aparılır: Rəsmi qurumlara terror mesajları göndərilib

Sharing is caring!


Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti yalançı terror xəbərlərinin yayılması işi ilə bağlı araşdırma çərçivəsində ölkədə tanınmış bloqer, ultrasağçı “Alt-İnfo” təşkilatının üzvü Beki Vardosanidzenin evində və qarajında ​​axtarış aparır.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Terrorla Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən aparılan axtarışlar zamanı bloqerin evindən məlumatların ötürülməsi üçün istifadə olunan müxtəlif kompüter və elektron avadanlıqlar müsadirə olunub və ekspertlər tərəfindən yoxlanılacaq.

Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, konkret şəxsin istifadə etdiyi elektron poçt ünvanından müxtəlif idarələrə içində terror təhdidləri olan mesajlar göndərilib.

“Göstərilən istifadəçi Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin və “İmedi” televiziya şirkətinin rəsmi elektron poçtuna terror təhdidlərindən ibarət mesajlar göndərib. Mətndə bildirilib ki, partlayıcı qurğu “Basiani” və “Bar Rati” klubunda, həmçinin Yeni il tədbirləri çərçivəsində Rustaveli prospektində quraşdırılan səhnədə, eləcə də ətraf ərazilərdə və müxtəlif avtomobillərdə yerləşdirilib”, – deyə məlumatda bildirilib.

Faktla bağlı istintaq davam edir. Vardosanidze Dövlət Təhlükəsizlik Xidmətində şahid qismində dindiriləcək.

Mənbə: “Sputnik” Gürcüstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir