Cəmiyyət

Qurumların yarımcıq işləri Bakı yollarını “tikə-tikə” edib – FOTO

Sharing is caring!


Paytaxtın Nizami rayonundakı küçələrin birində asfalt örtüyü bərbad vəziyyətdədir.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Paylaşılan şəkildən aydın olur ki, rayonun Tofiq Abbasov küçəsində yolda qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası heç kimin yadına düşmür. Bir həftədən çoxdur ki, yol bərbad haldadır.

“Azərsu” ASC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən yoldan keçən xətdə qəza olub:

“Qəzanın fəsadlarını aradan qaldırmaq üçün həmin ərazidə kiçik bir hissə qazılıb. Problem aradan qaldırılıb, üstü örtülüb. Ərazi üzrə yol idarəsi tərəfindən asfalt örtüyü çəkiləcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir