Dünya

HƏMAS-ın rəsmi nümayəndəsi İsraillə əsirlərin mübadiləsində tam kompromisə hazır olduqlarını açıqlayıb

Sharing is caring!


Fələstinin radikal HƏMAS hərəkatı İsraillə əsir mübadiləsi məsələsində tam kompromisə hazırdır.

Bunu hərəkat rəhbərliyinin nümayəndəsi Qazi Həməd deyib.

“Biz bu insanların evlərinə qayıtmalarını istəyirik… Bundan əlavə, məhbuslarımızın elə indi evlərinə dönmələrini istəyirik. Ona görə də düşünürəm ki, indi biz tam kompromisə, bütün girovların, həm hərbçilərin, həm də mülki şəxslərin azad edilməsinə dair razılaşmaya hazırıq, eləcə də İsraildəki həbs mərkəzlərindəki bütün məhbusların azad edilməsinə”, – deyə o bildirib.

Qeyd olunur ki, İsrail çətin ki, bu addımla razılaşa.

Mənbə: NBC News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir