Cəmiyyət

Sentyabrın 14-də Bakıda havanın temperaturu iqlim normasından aşağı olub

Sharing is caring!


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 15-də saat 9-a olan məlumatına əsasən, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti 14-də gündüz saatlarında tədricən kəsilib. 15-də gecə və səhər hava sabit, əsasən yağmursuz keçib.

Bu barədə xidmətdən xəbər verilib.

Düşən yağıntının miqdarı Biləsuvar və Lerikdə 6 mm, Yardımlı, Beyləqan, Neftçala, Culfa, İmişli, Sabirabad, Cəfərxan, Lənkəran, Ağsu və Astarada 3 mm-dək olub.

Duman Şəmkir, Şamaxı, Lerik və Qrızda müşahidə olunub.

Havanın maksimal temperaturu sentyabrın 14-də Bakıda iqlim normasından 1,4 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 24 dərəcəyədək isti, Naxçıvan MR-də 30 dərəcəyədək isti, Aran rayonlarında 28 dərəcəyədək isti, dağlıq rayonlarda 11-16 dərəcə isti olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir