Kriminal

Əjdər Ol yenidən hakim qarşısına çıxacaq

Sharing is caring!


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) barəsindəki hökmdən yenidən kassasiya şikayəti verib.

Bu barədə APA-ya onun vəkili Teymur Baloğlanov məlumat verib.

Xatırladaq ki, Əjdər Cəbiyev hökmdən daha əvvəl kassasiya şikayəti versə də, sonradan geri götürüb.

Qeyd edək ki, Əjdər Cəbiyev sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla həbs olunub. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini 3 ay azaldıb. Səlim Müslümov isə ibtidai istintaq dövründə ev dustaqlığına buraxılıb. Məhkəmə ona 11 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Təyin edilmiş cəza 5 il sınaq müddəti seçilməklə şərti hesab edilib.

Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisist Ə.Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir