Siyasət

Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri Moskvada görüşdü

Sharing is caring!


Rusiya paytaxtı Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk arasında görüş keçirilib.

Bu barədə Rusiya hökumətinin saytında məlumat verilib.

Aleksey Overçuk və Şahin Mustafayev Rusiya və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gündəliyində duran ikitərəfli ticarət-iqtisadi əməkdaşlığa dair cari məsələləri nəzərdən keçiriblər.

Hökumətlərarası Komissiyanın həmsədrləri ikitərəfli əməkdaşlığın səmərəliliyini təsdiq edən ticarətin inkişafının müsbət dinamikasını vurğulayıblar.

Görüşdə qeyd edilib ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20% artıb.

Tərəflər əməkdaşlığın bütün sahələri üzrə Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir