Dünya

İkiqat olimpiya çempionu vəfat etdi

Sharing is caring!


Sovet biatlonçusu Viktor Mamatov 86 yaşında vəfat edib.

Bu barədə Rusiya Biatlon İttifaqının mətbuat xidməti məlumat yayıb.

“86 yaşında biatlon üzrə ikiqat olimpiya çempionu və dördqat dünya çempionu Viktor Mamatov dünyasını dəyişdi. Rusiya Biatlon İttifaqı mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, – deyə məlumatda qeyd olunub.

Mamatov beynəlxalq arenada debütünü 1966-cı ildə 29 yaşında edib.

O, 1967, 1969, 1970, 1971-ci illərdə dünya çempionatlarında qızıl medal qazanıb. Həmçinin 1967-ci ildə gümüş, üç ildən sonra isə bürünc medal qazanıb. Mamatov 1968-ci və 1972-ci illərdə olimpiya çempionu olub.

Mamatov 1968-ci il oyunlarının açılışında SSRİ yığmasının bayraqdarı olub.

Mənbə: Interfax

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir