İdman

Snoop Dogg NBC telekanalının xüsusi müxbiri olacaq

Sharing is caring!


Məşhur reper Snoop Dogg 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında NBC telekanalının xüsusi müxbiri olacaq.

Bu barədə kanalın saytında məlumat verilir.

Qeyd olunur ki, 52 yaşlı ifaçı aparıcı Mayk Tiriko ilə verilişlərə qatılacaq, yarışlarda iştirak edəcək, idmançılara, onların dostlarına və ailələrinə baş çəkəcək, Parisin görməli yerləri ilə tanış olacaq.

Reperin reportajları NBC-də praym-taymda yayımlanacaq.

Xatırladaq ki, Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 16-dək Parisdə keçiriləcək.

Mənbə: sport24.ru​

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir