Cəmiyyət

Dövlət Komitəsi: “Uşaqlar koloniyalara göndərilməkdənsə, reabilitasiya oluna bilərlər”

Sharing is caring!


“Uşaqlar koloniyalarda reabilitasiya keçmirlər və biz 14 yaşlı uşaqlarımızı itirməli oluruq”.

APA xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı deyib.

O bildirib ki, bu yaşda uşaqlar koloniyalara göndərilməkdənsə, alternativ reabilitasiya proqramları ilə reabilitasiya oluna bilərlər:

“Müsbət haldır ki, Azərbaycanda uşaq əli ilə törədilən cinayətlər yoxdur. Türkiyədə və digər ölkələrdə bu hal çox yayılıb. Bizdə koloniyalarda uşaqların sayı da azdır. Bu səbəbdən onlar müvafiq reabilitasiya proqramlarına cəlb olunmalı və cəmiyyətə inteqrasiya edilməlidirlər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir