Dünya

Fars körfəzi ölkələri Qəzza zolağının sakinlərinə yardım edəcəklər

Sharing is caring!


Fars Körfəzi Ərəb Ölkələrinin Əməkdaşlıq Şurasına (FKƏÖƏŞ) üzv ölkələr Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda Qəzza zolağında fələstinlilərə humanitar yardım üçün 100 milyon dollar ayırmağa qərar veriblər.

Bu barədə regional təşkilatın baş katibi Cassim Məhəmməd əl-Budaivi məlumat verib.

“Nazirlər Şurası Qəzza zolağında fələstinlilərə təcili humanitar yardım göstərməsinə dair əməliyyatı gücləndirməkdə qərarlı olduğunu təsdiqləyib. Bununla əlaqədar olaraq, 100 milyon ABŞ dolları məbləğində təcili humanitar yardımın göstərilməsi ilə bağlı qərar elan edilib”, – deyə o, FKƏÖƏŞ Nazirlər Şurasının Maskatda keçirilən növbədənkənar sessiyasının yekunlarına dair mətbuat konfransında bildirilib.

Körfəz ölkələri İsraildən Qəzza zolağında əməliyyatı dayandırmağı tələb ediblər.

“Nazirlər Şurası dərhal atəşkəsin tətbiq edilməsini və İsrailin Qəzza zolağında hərbi əməliyyatının dayandırılmasını tələb edib”, – deyə Cassim Məhəmməd əl-Budaivi vurğulayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir