Dünya

Dubayda uçan taksilərin istifadəyə verilməsi planlaşdırılır

Sharing is caring!


Dubayda (BƏƏ) 2026-cı ilə qədər uçan taksilərin istifadəyə verilməsi planlaşdırılır.

Qeyd olunur ki, uçuşlar dörd sərnişin üçün nəzərdə tutulmuş kiçik “Cobi” təyyarələrində həyata keçiriləcək. Bu təyyarələrin sürəti 320 km/saata çata bilir. Onlar elektriklə işləyəcəklər və növbəti uçuşa qədər enerji yığmaq üçün təxminən 10 dəqiqə lazım olacaq.

“Biz sərnişinlərə əhəmiyyətli dərəcədə qısa səyahət müddətində heyrətamiz anlar yaşatmaq istəyirik”, – deyə “Joby Aviation”in qurucusu və baş icraçı direktoru Co Ben Bevirt bildirib.

Şirkət artıq Dubayın Yol və Nəqliyyat İdarəsi ilə 2026-cı ilin əvvəlində hava taksi xidmətinə başlamaq üçün müqavilə imzalayıb.

Mənbə: Khaleej Times

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir