MARAQLI

Yerə doğru uçan nəhəng kometada yenidən partlayış baş verdi və “buynuzlar” peyda oldu – FOTO

Sharing is caring!


Yerə doğru uçan nəhəng “12P/Pons-Brooks” kometasında yenidən partlayış baş verib və dörd ayda ikinci güclü püskürməsi nəticəsində özünəməxsus “buynuzlarını” böyüdüb.

Bildirilir ki, eni 30 km olan bu kometa Günəş ətrafında dövrünü 71 il ərzində tamamlayıb, hazırda da planetimizə yaxınlaşır. Onun gələn ilin aprelində Yerə ən yaxın məsafədə olacağı düşünülür.

Məlumata görə “12P/Pons-Brooks” kriovulkanik kometadır. Yəni əslində kosmosda uçan buz vulkanıdır.

Kometanın Günəş sistemində hərəkətini izləyən Britaniya Astronomiya Assosiasiyasının alimləri ilk partlayışı bu ilin iyul ayının sonunda müşahidə ediblər. Onların sözlərinə görə, ikinci partlayış əvvəlkindən iki dəfə güclü olub.

Mənbə: Live Science

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir