Dünya

Borrel: “Qəzzadakı xəstəxanaya hücumda günahkar olanlar məsuliyyətə cəlb edilməlidirlər” – FOTO

Sharing is caring!


Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel Qəzzada xəstəxanaya edilən hücumu dəhşətli cinayət adlandırıb və günahkarların məsuliyyətə cəlb edilməsinə çağırıb.

“Qəzzada xəstəxanadan gələn xəbərlər son günlər gözümüzün qarşısında baş verən faciəyə daha bir dəhşət əlavə edir. Yenə də günahsız dinc sakinlər bunun üçün çox yüksək bədəl ödəyirlər. Bu dəhşətli cinayətdə günahkar olanlar dəqiq müəyyən edilməli və məsuliyyətə cəlb edilməlidirlər”, – deyə Borrel “X” sosial şəbəkə hesabında (keçmiş “Twitter”) yazıb.

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ sammitindən sonra keçirilən mətbuat konfransında bu cinayəti şərh etməkdən imtina etmişdi.

Öz növbəsində, Avropa Şurasının Prezidenti Şarl Mişel mətbuat konfransında mülki infrastruktura vurulan zərbələrin humanitar standartlara uyğun olmadığını deyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir