Siyasət

Mixail Saakaşvili Ruben Vardanyanın həbsini alqışlayıb

Sharing is caring!


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Qarabağdakı separatçı rejimin “dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın həbsini alqışlayıb.

Bu barədə mətn hazırda həbsdə olan M.Saakaşvilinin rəsmi “X” sosial şəbəkə hesabında dərc edilib.

“Hazırda xeyirlə şər arasında mübarizə gedir. Azərbaycan Ukraynada müharibəyə fəal dəstək verən Ruben Vardanyanı, eləcə də “Abxaziya” və “Cənubi Osetiya” ilə əlaqələri inkişaf etdirən və qondarma qurumun keçmiş “xarici işlər naziri” David Babayanı həbs edib”, – M.Saakaşvili qeyd edib.

Məlumat üçün əlavə edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham edilən Ruben Vardanyan və David Babayan Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılır. Hazırda cinayət işləri üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir