Dünya

İtaliya A Seriyası: “Napoli”dən böyük hesablı qələbə, “İnter” mövsümdə ilk dəfə uduzdu – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasında VI tur davam edir.

Oxu.Az xəbər verir ki, son çempion “Napoli” öz meydanında “Udineze”yə böyük hesabla qalib gəlib – 4:1.

Neapolluların qollarını Pyotr Zielinski, Viktor Osimhen, Xviça Kvaratsexeliya və Covanni Simeone vurublar. Qonaqların heyətində Lazar Samarciç fərqlənib.

Üç tur sonra qələbə qazanmağı bacaran “Napoli” xallarını 11-ə çatdırıb və beşinci pilləyə yüksəlib. “Udineze” üç xalla 18-cidir.

Turnir cədvəlinin lideri “İnter” isə mövsümdə ilk dəfə məğlub olub. “Nerazzuri” öz meydanında ötən tur “Yuventus”dan güclü olan “Sassuolo”ya boyun əyib – 0:1. Hesabı “İnter”in heyətində Denzel Dumftis açsa da, ikinci hissədə Nedim Bayrami və Domeniko Berardinin qolları qonaqlara qələbə qazandırıb.

Məğlubiyyətə baxmayaraq, “İnter” hələ də 15 xalla liderdir. Xallarını doqquza çatdıran “Sassuolo” səkkizinci pilləyə yüksəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir