Cəmiyyət

Bakıda yollarda qara görə azaldılan sürət həddi bərpa edildi

Sharing is caring!


Küləkli və qarlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi – Hava Limanı yolu və Heydər Əliyev prospektində bəzi zolaqlar üzrə 20 və 40 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, hazırda Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi 110 km/saat, Heydər Əliyev prospektində isə 70 km/saatdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir