Dünya

Fransada müxalifət lideri 10 il müddətinə həbs oluna bilər

Sharing is caring!


Fransa prokurorluğu ölkənin ifrat sağçı lideri Marin Le Pen və onun 27 tərəfdaşının Avropa İttifaqından alınan vəsaitlərin sui-istifadəsində əli olduğunu bildirib.

Prokurorlar 2004-cü ildən 2016-cı ilə qədər Avropa Parlamenti üzvlərinin köməkçilərinin işinin ödənilməsi üçün ayrılan Aİ pullarının sui-istifadəsini 7 il ərzində araşdırıblar. Onlar iddia edirlər ki, Milli Birlik Partiyasının üzvləri (keçmiş Milli Cəbhə; Marin Le Pen bu partiyaya 2022-ci ilin noyabrına qədər rəhbərlik edib) öz bu vəsaitdən mülahizələrinə uyğun şəkildə istifadə ediblər.

Le Pen özü təqsirini etiraf etmədiyini bildirib.

Onun barəsində cinayət işinin başlanması barədə qərar məhkəmə tərəfindən qəbul edilməlidir.

Mənbə: BBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir