Dünya

Böyük Britaniya İranın mədəniyyət naziri və Tehran merinə qarşı sanksiyalar tətbiq edib

Sharing is caring!


Böyük Britaniya ABŞ, Kanada və Avstraliya ilə koordinasiyalı şəkildə qadınların hicaba məcbur edilməsi iddiası ilə İran rəsmilərinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili, onun müavini Məhəmməd Haşimi, Tehran meri Əlirza Zəkani və İran polisinin sözçüsü Səid Montazər əl-Mehdiyə Böyük Britaniyaya giriş qadağası və aşkar edilərsə, bank hesablarının dondurulması da daxil olmaqla, məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında “İranın İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyinin əsas tərəfdaşı” adlandırılan Tehranın “Arvan Cloud” şirkəti də sanksiyalara məruz qalıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir