Dünya

Azərbaycanın güləş millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Sharing is caring!


Sentyabrın 16-24-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında iştirak edəcək güləş üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Oxu.Az xəbər verir ki, sərbəst güləş millimizdə Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (51 kq), Hacı Əliyev (65), Maqomed-Başir Xanıyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abasov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), İslam İlyasov (97 kq), Georgi Mesvildisvili (125 kq) yer alacaqlar.

Qadın güləşində ölkəmizi Mariya Stadnik (50 kq), Elnurə Məmmadova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq), Birgül Soltanova (65 kq) təmsil edəcəklər.

Yunan-roma güləşində isə Eldəniz Əzizli (55 kq), Nihat Məmmadli (60 kq), Murad Məmmadov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizada (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Maqomedxan Maqomedov (97 kq), Beka Kandelaki(130 kq) yarışacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir