Cəmiyyət

Bakı metrosunda bank kartı ilə ödəniş tətbiq ediləcək

Sharing is caring!


“8 Noyabr” və “Xocasən” stansiyalarında aparılan sınaqlardan sonra nəticəyə uyğun olaraq digər stansiyalarda da bank kartı ilə ödəniş tətbiq ediləcək”.

Lent.az xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni”nin Mətbuat Xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu ilin sonuna qədər bütün stansiyaların turniketlərinə kart ödənişi tətbiq ediləcək:

“İnsanların rahat gediş-gəlişi təmin etmək üçün kart ödənişi sərnişin axını az olan stansiyalara tətbiq edilib. Bir ay ərzində müşahidə aparılacaq, daha sonra digər stansiyalara da tətbiq ediləcək”.

B.Məmmədov bildirib ki, yeni turniketlər əvvəlcə “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında quraşdırılacaq:

“8 Noyabr”, “Xocasən”dən sonra “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında turniketlərə kartla ödəniş tətbiq ediləcək. Bu ilin sonuna qədər bütün stansiyalarda reallaşdırılacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir