Dünya

İspaniyanın baş nazir əvəzi Hindistanda keçiriləcək G20 sammitinə qatılmayacaq

Sharing is caring!


İspaniyanın baş naziri səlahiyyətlərini icra edən Pedro Sançes Hindistanda keçiriləcək G20 sammitində iştirak edə bilməyəcək.

Pedro Sançes bu barədə “X” sosial hesabında paylaşım edib.

“COVID-19 testim müsbət çıxdı və buna görə də G20 sammitində iştirak üçün Yeni Delhiyə gedə bilməyəcəyəm”, – deyə baş nazir əvəzi bildirib.

Siyasətçi, həmçinin, özünü yaxşı hiss etdiyini qeyd edib.

Sançesin sözlərinə görə, İspaniyanı onun əvəzinə baş nazirin müavini, iqtisadi işlər və rəqəmsal transformasiya naziri Nadya Kalvinyu və xarici işlər naziri Xose Manuel Albares təmsil edəcəklər.

Qeyd edək ki, Hindistan 1 dekabr 2022-ci ildən başlayaraq G20-yə sədrlik edir. Qrupun sammiti sentyabrın 9-10-da Yeni Delhidə baş tutacaq. Tədbirə G20-yə üzv ölkələrin liderləri, həmçinin doqquz qonaq dövlət dəvət olunub ki, bunlar Banqladeş, Misir, İspaniya, Mavriki, Nigeriya, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Sinqapurdur.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir