Siyasət

BMT nümayəndəliyi COP29 çərçivəsində iqlim mütəxəssislərini Azərbaycana dəvət edəcək – FOTO

Sharing is caring!


2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 çərçivəsində BMT nümayəndəliyi iqlim dəyişikliyinə uyğunlaşma ilə bağlı təkliflər verəcək mütəxəssisləri Azərbaycana dəvət edəcək.

“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ADA Universitetində BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə “Gender və iqlim fəaliyyəti: qadınlardan qadınlar üçün həll yolları” mövzusunda keçirilən tədbirdə deyib.

“COP29 bu məsələləri işıqlandırmaq üçün ideal platforma olacaq. Gəncləri mübarizəmizə cəlb etmək də vacibdir”, – V.Andreyeva bildirib.

Onun sözlərinə görə, BMT iqlim dəyişikliyi, davamlı inkişaf və gender bərabərliyi ilə bağlı mühüm işlər görür:

“Biz qadınların iqlim dəyişikliyi ilə mübarizədə, bu istiqamətdə layihələrin hazırlanmasında və həyata keçirilməsində daha fəal iştirakını görmək istəyirik”.

Qeyd edək ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Milli Məclisin deputatı Nigar Arpadarai də məruzələrlə çıxış ediblər.

“Hazırda işğaldan azad edilmiş ərazilərdə “ailə mərkəzləri”nin yaradılması üzərində işləyirik. Bu mərkəzlərin yaradılmasında məqsəd ailələrlə, qadınlarla işləməkdir”, – S.Qəhrəmanova qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir