Cəmiyyət

Bu gün Yazıçılar Birliyinə yeni sədr SEÇİLƏCƏK

Sharing is caring!

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı keçiriləcək.

Oxu.Az xəbər verir ki, Qurultay Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında saat 11:00-da başlayacaq. AYB-yə 1987-ci ildən bəri Anar Rzayev rəhbərlik edir. Yazıçı bu dəfə də sədr postu üçün namizədliyini irəli sürüb.

Hazırda qurultaya gələnlər arasında qocaman ziyalılar üstünlük təşkil edirlər. Toplantıya qatılanlar arasında Hafiz Paşayev, Əflatun Amaşov, Seyran Səxavət, Aqil Abbas, Baba Vəziroğlu, Şeyx Allahşükür Paşazadə, deputat Nizami Cəfərov, bəstəkar Firəngiz Əlizadə, sabiq təhsil naziri Misir Mərdanov kimi ziyalılar yer alırlar.

Xatırladaq ki, Qurultayın ilk olaraq 5 oktyabrda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin texniki və təşkilati məsələlərin həlli, yüksək hazırlıq işləri ilə əlaqədar toplantı 26 oktyabr tarixinədək təxirə salındı.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir