Dünya

Sankt-Peterburqda anbar yanıb: 12 min kvadratmetr sahə od tutub – VİDEO

Sharing is caring!

Rusiyanın Sankt-Peterburq şəhərində tikinti materialları anbarında yanğın baş verib.

Oktyabrın 25-də axşam saatlarında başlayan güclü yanğın divarın bir hissəsinin və 9 min kvadratmetr dam örtüyünün uçmasına səbəb olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsi məlumat verib.

Yanğın 12 min kvadratmetr sahəni əhatə edib.  

İlkin məlumatlara görə, ölən və yaralanan olmayıb.

Sankt-Peterburqun Kolpinski rayonu Prokurorluğu yanğınla bağlı araşdırmalara başlayıb.

Mənbə: Vesti.ru, Vesti.ru “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir