Cəmiyyət

Məhkəmə hakimi vəfat etdi

Sharing is caring!

Şirvan Şəhər Məhkəməsinin hakimi Ziya Əliyev vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, 64 yaşlı hakim ötən gün dünyasını dəyişib. Onun onkoloji xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, Z.Əliyev 35 il məhkəmə hakimi kimi çalışıb. O, 1987-2000-ci illərdə Səbail Rayon Məhkəməsinin, 2000-2007-ci illərdə Xəzər Rayon Məhkəməsinin, 2007-2013-ci illərdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb. 2013-cü ildən isə Şirvan şəhərində hakim kimi fəaliyyət göstərib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir