Cəmiyyət

Bakıda zibil qutuları üçün unikal yer seçilib – VİDEO

Sharing is caring!


Bakının Xətai rayonu ərazisində zibil qutuları avtobus zolağının üzərinə yerləşdirilib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət “Ukrayna dairəsi”, Neapol küçəsindən gedir.

Avtobuslar üçün nəzərdə tutulan dayanacaqda tullantıların atılması üçün altı konteyner qoyulub.

Zibil qutularından birinin qapağı qırıq olduğundan iy ətrafı bürüyüb. Ona görə də sərnişinlər zibil qutularının yerinin dəyişdirilməsini istəyiblər.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, zibil qutularının yeri dəyişdiriləcək.

O da qeyd edilib ki, zibillərin vaxtlı-vaxtında daşınması üçün aidiyyəti qurumlara tapşırıqlar veriləcək.

Günün sonunda isə aydın olub ki, konteynerlər dayanacaqdan mümkün olan qədər uzaqlaşdırılıb.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir