Dünya

​Ukrayna ordusunun niyə ləng hərəkət etdiyi açıqlandı – VİDEO

Sharing is caring!


Ukraynalı müdafiəçilər Zaporojye istiqamətində minalanmış ərazinin görüntülərini yayımlayıblar.

Video rusiyalılar tərəfindən ərazinin hansı sıxlıqda minalandığını nümayiş etdirmək məqsədi daşıyır.

Belə ki, bir neçə kvadratmetrlik ərazidə Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü hələ ətraflı araşdırma aparmadan gözlə görünən minaları sayıb. Nəticədə 15-dən çox minanın yerləşdirildiyi məlum olub.

Bu kadrlar Ukrayna Silahlı Qüvvələrinin Zaporojye istiqamətində niyə belə ləng hərəkət etdiyini açıq şəkildə nümayiş etdirir.

Bildirilir ki, rusiyalılar 2022-ci ilin payızından Ukraynanın cənubunda müdafiə xətti yaratmağa başlayıblar. Bir çox ekspertlər qeyd ediblər ki, Rusiya Silahlı Qüvvələri bu istiqamətdə güclü kadrlara sahibdirlər və bunun üçün səylərini, pullarını əsirgəmirlər.

Mənbə: Dialog.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir