Dünya

Putin və Ərdoğanın birgə mətbuat konfransı – YENİLƏNİR + FOTO/VİDEO

Sharing is caring!


Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin mətbuat nümayəndələri qarşısında açıqlamalar verirlər.

16:00

Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında geniş tərkibdə danışıqlar başa çatıb.

Tədbir bir saat yarım davam edib.

14:23

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında görüş başlayıb. 

Soçidə keçirilən görüşün əsas müzakirə mövzuları dünya ərzaq təhlükəsizliyi, Qara dənizdə sabitlik, “Taxıl sazişi”nin bərpası olacaq.

Mənbə: Anadolu 

10:36

Bu gün Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş keçiriləcək.

İki ölkə liderlərinin əsas müzakirə mövzusu “Taxıl sazişi”nin bərpası olacaq.

V.Putin və R.T.Ərdoğan arasında keçiriləcək danışıqlarda Qətərin iştirakı ilə Rusiya taxılının Türkiyə üzərindən Afrikaya çatdırılması variantı da müzakirə olunacaq.

Bundan əlavə, görüşdə Rusiyanın təbii qazının Türkiyə vasitəsilə Rusiyadan Avropaya nəqli məsələsinin də nəzərdən keçiriləcəyi gözlənilir.

Mənbə: TASS, “RİA Novosti” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir