Siyasət

Latviyanın Azərbaycana yeni səfiri təyin edilib – FOTO

Sharing is caring!


Edqars Skuja Latviyanın Azərbaycana yeni səfiri təyin edilib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Latviya Xarici İşlər Nazirliyindən xəbər verilib.

Bildirilir ki, E.Skuja indiyədək Latviyanı BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda, həmçinin Avstriya, Estoniya və Rusiyada təmsil edib.

Sentyabrın 4-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Riqa Sarayında Azərbaycana fövqəladə və səlahiyyətli səfir təyin olunan Edqars Skujaya etimadnamə məktubunu təqdim edib.

Mərasimdə E.Skuja prezidentlə Latviya-Azərbaycan əməkdaşlıq imkanlarını müzakirə edib.

E.Skuja Latviya Universitetinin Tarix və fəlsələ fakültəsini, Latviya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, həmçinin Avstriya, Cənubi Koreya və Almaniyada təhsil proqramlarında biliklərini artırıb.

Səfir Latviya XİN-də 1993-cü ildən işləməyə başlayıb. O, XİN-in Siyasət Departamentinin rəhbəri, nazir müavini, Təhlükəsizlik Siyasəti İdarəsinin rəhbəri olub.

Karyerası ərzində bir sıra yerli və beynəlxalq mükafatlara layiq görülüb.

Qeyd edək ki, yeni səfir bu vəzifədə Daynis Qarançsi əvəz edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir