Şou-Biznes

“Şahzadə Harri kraliçaya qarşı qəddar davranırdı”- İDDİA

Sharing is caring!

Mərhum kralişa II Yelizavetanın dostlarından biri şahzadə Harrinin öz xəstə nənəsinə qarşı qəddar münasibətindən danışıb.

Lent.az-ın xəbərinə görə, adının çəkilməsini istəməyən mənbə  “Page Six” nəşrinə verdiyi müsahiəsində şahzadənin nənəsinə əzab verdiyini və hörmətsiz davrandığını bildirib.

Onun sözlərinə görə, kraliça son illər güclü bədən ağrılarından şikayət edirdi.

“2022-c ilin iyun ayında onun görməsi zəifləmişdi, qulaqları eşitmirdi və şüuru tez-tez qarışırdı. Kraliça saraydakı otağından çox az hallarda çıxırdı. Bu müddət ərzində şahzadə Harri və xanımı Meqan Markl kraliçaya qarşı hörmətsiz rəftar edirdilər.

Kraliçanın halı özündə olmadığı halda, onlar sarayda özlərinə qarşı  ayrıseçkilik edilməsi barədə bəyanatlar  verir, kraliyyət ailəsini gözdən salırdılar. Bu mənada Harrinin kraliçaya qarşı davranışı sadəcə qəddarlıq adlandırıla bilərdi”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir