Dünya

Türkiyə millisinin yeni baş məşqçisi kim olacaq?

Sharing is caring!


Almaniyalı Ştefan Kuntsla yollarını ayıran futbol üzrə Türkiyə millisində baş məşqçi postuna iki namizəd var.

Məlumata görə, Türkiyə Futbol Federasiyası (TFF) iki gün ərzində yeni çalışdırıcının adını açıqlayacaq. Yığma ya yerli mütəxəssis Abdullah Avcıya, ya da italyan Vinçentso Montellaya həvalə ediləcək.

TFF öncə A.Avcı ilə görüşüb və ilkin razılıq əldə edilib. Lakin daha sonra Montella variantı yaranıb. Tərəflər İtaliyada görüşüblər. Montella təklifə isti yanaşıb.

Qeyd edək ki, son iş yeri “Trabzonspor” olan Abdullah Avcı bu ilin martından işsizdir. Vinçentso Montella isə son olaraq Türkiyədə “Adana Demirspor”u çalışdırıb. O, bu yay postunu tərk edib.

Mənbə: sabah.com.tr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir