Dünya

Ceyson Momoa və Eva Lonqoriya Havayda meşə yanğınları qurbanları üçün vəsait toplayırlar – FOTO

Sharing is caring!


Amerikalı aktyor 43 yaşlı Ceyson Momoa və 48 yaşlı amerikalı aktrisa Yeva Lonqoriya Havay adalarının Maui şəhərində baş verən dağıdıcı meşə yanğınlarından zərər çəkən insanlar üçün xüsusi ianə toplanmasına dəstək verən məşhurlar arasında olublar.

Xeyriyyə tədbiri ABŞ-nin Kaliforniya ştatının Santa Monika şəhərindəki “Fairmont Miramar” hotelin gecə bazarında baş tutub.

Doğma ştatına köməklik etmək istəyən Momoa gecənin iki sponsoru olan “Meili Vodka” (Momoa brendi) və “Casa Del Sol” (Longoriya brendi) təbliğatına kömək etmək üçün Longoria ilə əl-ələ verib.

Bir neçə fotoşəkildə ikilinin barmen rolunu oynadıqları görünür.

Qeyd edək ki, Havayda baş verən meşə yanğınları kütləvi evakuasiyalara və geniş dağıntılara səbəb olub, ən azı 115 nəfər ölüb, 1100-dən çox insan itkin düşüb.

Mənbə: focus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir