Dünya

İki ölkənin prezidentləri Müstəqillik Gününü qeyd etmək üçün Kiyevə gəldilər – FOTO

Sharing is caring!


Litva Prezidenti Gitanas Nauseda Ukraynanın Müstəqillik Günü tədbirlərində iştirak etmək üçün Kiyevə gəlib.

O, bu barədə öz “X” səhifəsində paylaşım edib.

“Mən Ukraynanın Müstəqillik Gününü qardaş Ukrayna xalqı ilə birlikdə qeyd etmək üçün Kiyevə gəldim. Ukraynanın qələbəsi yaxındır! Litva nə qədər lazımdırsa Ukraynanı dəstəkləməyə davam edəcək”, – deyə o, paylaşımda qeyd edib.

Həmçinin Portuqaliya Prezidenti Marselu Rebelu de Soza da Kiyevə səfər edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir