Cəmiyyət

“Qırmızı Xaç”, ya ermənilərin qızdırılmış xaçı? – VİDEO

Sharing is caring!


Ermənistanın sülh prosesindən uzaqlaşmasına təsir edən amillərdən biri də xarici faktorlardır. Ancaq bu faktorlara çox vaxt elə onların özləri zəmin formalaşdırırlar. Çünki məqsəd süni gərginlik yaratmaqdır. Bu cür missiyanı isə əsasən, Qarabağdakı separatçılar icra edirlər.

Zaman-zaman bütün havadarlarından əli üzülən ermənilər özlərinin pozucu fəaliyyətlərinə bu dəfə də Beynəlxalq Qırmızı Xaç Komitəsini alət ediblər. Təşkilat da təyinatı üzrə fəaliyyət göstərmək əvəzinə, özünü hayların sədaqətli müttəfiqi kimi aparır.

Ermənilər gah Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi qarşısında aksiya keçirirlər, gah onlar vasitəsilə qaçaqmalçılıq əməllərinə əl atırlar, gah da Azərbaycanın barışıq təkliflərinə elə təşkilat vasitəsilə etiraz edirlər. Bu isə həm təşkilatın imicinə xələl gətirir, həm də gələcək humanitar fəaliyyətini sual altına alır.

Rusiya sülhməramlıları ilə yanaşı, Qırmızı Xaç Komitəsinin də separatçıların nazını çəkdiyi, onlara xidmətlər göstərdiyi barədə məlumatlar yetərincədir. Ən təəccüblüsü isə odur ki, komitə qaçaqmalçılıq imkanlarının qarşısı alınır deyə Azərbaycanın təklif etdiyi əlverişli Ağdam-Xankəndi yoluna qarşı çıxır. Bu fakt belə, qurumun qanunsuz dəstələrə yardım etdiyini təsdiqləyir. Axı beynəlxalq hüquqda deyilmir ki, humanitar öhdəlik daşıyan təşkilat fürsətdən sui-istifadə edib, terrorçulara dəstək verməlidir.

Politoloq Natiq Miri mövzu ilə bağlı bildirib ki, Qırmızı Xaç Komitəsi xristian həmrəyliyi kontekstində fəaliyyət göstərir və daha çox Ermənistanın maraqlarını ifadə etdiyi hiss olunur.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir