Dünya

Türkiyədə daxili aviareyslər yenidən bahalaşıb

Sharing is caring!


Türkiyədə bu yay ikinci dəfə daxili reyslər üçün maksimum qiymət səviyyəsi – 50% artırılaraq 2500 lirəyə (158 AZN) qaldırılıb.

Artıq Türk Hava Yollarında bu qiymətə biletlər satışa çıxarılıb.

Bildirilir ki, təyyarədəki yerlərin 15%-i 2500 lirəyə, qalan 85%-i isə 1650 (104 AZN) lirəyə satıla bilər.

Qeyd edək ki, daha öncəki artım bir aydan az əvvəl olub – iyulun sonunda qiymətlər 43% qaldırılıb.

Xatırladaq ki, ilk dəfə daxili reyslər üçün maksimum qiymət 2013-cü ildə tətbiq edilib və 299 (19 AZN) lirə olub.

Mənbə: Airport Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir