Dünya

Kanadanın Nigeriyadakı səfirliyində partlayış baş verib: Ölənlər var – FOTO/VİDEO

Sharing is caring!


Ottava Kanadanın Nigeriyadakı səfirliyində iki nəfərin ölümü ilə nəticələnən partlayışı araşdıracaq.

Bu barədə Kanada xarici işlər naziri Melani Coli bildirib.

“Nigeriyadakı Ali Komissiyamızda partlayış olduğunu təsdiqləyə bilərik. Yanğın söndürülüb, lakin biz bunun hansı səbəbdən baş verdiyinə aydınlıq gətirilməsi üzərində çalışırıq”, – deyə Melani Coli qeyd edib.

Kanada səfirliyi, həmçinin vətəndaşlara paytaxt Abuca da daxil olmaqla Nigeriyaya vacib olmadıqca səyahət etməməklə bağlı xəbərdarlıq edib. Bildirilib ki, buna səbəb bütün ölkə üzrə təhlükəsizliklə bağlı gözlənilməz vəziyyət və terrorizm, cinayət, silahlı hücumlar və adam oğurluğu ilə bağlı artan risklərdir.   

Eyni zamanda ABŞ və Böyük Britaniya da öz vətəndaşlarına Nigeriyada artan təhlükə barədə xəbərdarlıq ediblər.

Mənbə: “Reuters”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir