İdman

“Real Madrid”in əsas qapıçısı sıradan çıxdı

Sharing is caring!


“Real Madrid”in qapıçısı Tibo Kurtua sol dizindəki yırtıq səbəbindən sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Tibbi müayinədən sonra futbolçumuz Tibo Kurtuaya sol dizinin ön çarpaz bağının qopması diaqnozu qoyulub. Yaxın günlərdə futbolçu əməliyyat olunacaq”, – mətbuat xidmətinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, bu zədədən sağalma müddəti 6 aydan 8 aya qədərdir.

Kurtuanı komandanın ikinci qapıçısı ukraynalı Andrey Lunin əvəz edəcək.

Xatırladaq ki, Kurtuanın 31 yaşı var və o, 2018-ci ildən “Real Madrid”də çıxış edir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir