Dünya

Moskva vilayətinə dron hücumu olub

Sharing is caring!


Paytaxt Moskvaya doğru irəliləyən dron hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

Bu barədə şəhərin meri Sergey Sobyanin sosial şəbəkə hesabında bildirib.

“Bu gün saat 11 radələrində (Bakı vaxtı ilə 12 – red.) dronla Moskvaya keçməyə cəhd edilib. O, yaxınlaşma zamanı hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib”, – mer qeyd edib.

Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı yaydığı açıqlamada pilotsuz uçuş aparatının Moskva vilayətinin Podolsk rayonunda zərərsizləşdirildiyini bildirib. Olayda itki və dağıntıların olmadığı vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir