Hadisə

Bir qurup Qazi küçədə vətəndaşı döydü – VİDEO

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, küçədə söyüş söyən Qarabağ Qaziləri onlara iradını bildirən vətəndaşa hücum edərək, ailəsinin gözü önündə onu döyüblər.

Hadisə şahidlərinin bizə göndərdiyi video görüntü də açıq-aşkar görsənir ki, vətəndaş küçədə söyüş söyən bir qurup qaziyə yaxınlaşır, onlara sakit şəkildə iradını bildirsə də, Qazilər ağır söyüşlər söyərək həmin adama şillə vurub ərazidən qovurlar.

Nəzərinizə çatdıraq ki, həmin vətəndaşı döyənlər “Varis” İctimai Birliyinin sədri Ceyhun Ağayev və onun yaxınlarıdır.

Onlar Bakının mərkəzində vətəndaşı ailə üzvlərinin gözü önündə döyüb və təhqir ediblər.

Küçədə söyüşlə danışan Qazilərə iradını bildirən vətəndaşa çox baha başa gəlib.

Xatırladaq ki, “Varis” İctimai Birliyinin sədri Ceyhun Ağayev və dostları yani bir qurup Qarabağ Qaziləri bir neçə vaxtdır bir çox yerlərdə küçə söyüşləri ilə aksiyalar edirlər.

Sözügedən videonu sizlərə olduğu kimi təqdim edirik.

Çox güman təqdim etdiyimiz video görüntünü hüquq mühafizə orqanları obyektiv araşdırıb hüquqi qiymət verəcəklər.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir