Dünya

Peruda terrorçular hərbi helikopteri atəşə tutdular

Sharing is caring!


Peruda silahlılar ölkənin cənubunda patrul xidməti həyata keçirən Peru silahlı qüvvələrinin helikopterini atəşə tutublar.

Bu barədə respublikanın Müdafiə Nazirliyi məlumat verib.

“Helikopter terrorçular kolonu tərəfindən atəşə tutulub. Onlar helikopterin füzelyajına atəş açıblar. Təyyarə uğurlu manevr edib və Piçari şəhərinə qayıdıb”, – deyə məlumatda bildirilib.

Müdafiə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 13 yaşlı qız ayağından güllə yarası alıb. O, xəstəxanaya çatdırılıb və həyatı üçün təhlükə yoxdur.

“Canal N” telekanalının məlumatına görə, vertolyot Uanta əyalətində “Sendero luminoso” terror qruplaşması nümayəndələrinin aşkarlanması ilə bağlı daxil olan məlumatla əlaqədar patrul xidməti həyata keçirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir