Cəmiyyət

Gəncədə azyaşlılara qarşı zor tətbiq edən şəxslə bağlı araşdırma BAŞLADI

Sharing is caring!

“Gəncə şəhərində azyaşlılara qarşı zor tətbiq edən şəxslə bağlı araşdırma aparılır”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

“Sözügedən videogörüntülərlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb. Araşdırmanın nəticəsi barədə tezliklə məlumat veriləcək”, – deyə o qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə Gəncədə azyaşlılara qarşı zor tətbiq edən şəxsin görüntüləri yayılıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir