Siyasət

Qazaxıstan XİN: “Ölkəmiz Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır”

Sharing is caring!


“Qazaxıstan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır”.

Bunu “Report”a açıqlamasında Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko Zəngəzur dəhlizinin açılması məsələsinə münasibət bildirərkən deyib.

“Zəngəzur dəhlizinə gəlincə, qısa cavab verəcəyəm – Qazaxıstan Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci ilin noyabrında, eləcə də 2021-ci ilin yanvar və noyabr aylarında imzalanmış, nəqliyyat kommunikasiyalarının açılmasının nəzərdə tutulduğu üçtərəfli bəyanatların praktiki icrasını dəstəkləyir”, – deyə o vurğulayıb.

Nazir müavini qeyd edib ki, bu proses asan deyil və bu istiqamətdə müzakirələr davam etdirilir:

“Ümumiyyətlə, biz Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasında, Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün bərqərar olmasında maraqlıyıq və bunu səmimi şəkildə arzulayırıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir