Dünya

Qazaxıstanda FACİƏ: Sükan arxasında yuxulayan sürücü çox sayda insanın ölümünə səbəb oldu

Sharing is caring!

Qazaxıstanın Karaqanda vilayətində mikroavtobusla yük maşınının toqquşması nəticəsində səkkiz nəfər ölüb, doqquz nəfər yaralanıb.

Bu barədə vilayətin polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə gecə saatlarında Şetski rayonunda baş verib. Almatı-Yekaterinburq magistralında “Man” markalı yük maşını içində 17 nəfər olan “Mercedes Sprinter” markalı sərnişin mikroavtobusu ilə toqquşub. Mikroavtobus Almatıdan Karaqandaya gedirmiş.

Hadisə nəticəsində yeddi nəfər yerindəcə, digər sərnişin isə təcili yardım maşınında xəstəxanaya aparılarkən dünyasını dəyişib. Xəsarət alan doqquz nəfər xəstəxanaya çatdırılıb.

Polisin məlumatına görə, mikroavtobusun sürücüsü sükan arxasında yuxulayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir