Dünya

Rusiya telekanallarına Moskvaya dron hücumunu işıqlandırmaq qadağan olunub

Sharing is caring!


Rusiya hakimiyyəti Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin  “Rossiya-24” və “Moskva-24” telekanallarının, həmçinin RBC və bir neçə regional telekanalın əməkdaşlarına Moskvaya pilotsuz uçuş aparatlarının hücumu barədə məlumat yayımlamağı qadağan edib.

Məlumata görə, dövlət kanallarının səhər “Xəbərlər”ində artıq mövzu ilə bağlı məlumat olduğu halda, buraxılışa 15 dəqiqə qalmış jurnalistlərə bu mövzunu işıqlandırmaq qadağan edilib.

RBC telekanalı da Moskvaya hücumla bağlı təfərrüatlı süjet hazırlayıb, lakin o, efirə çıxmayıb. Mövzu Müdafiə Nazirliyi və Moskva meri Sergey Sobyaninin qısa şərhləri ilə işıqlandırılıb.

Həmçinin, regional kanallara da Rusiya paytaxtına hava hücumları mövzusunu vurğulamamaq tapşırılıb.

Xatırladaq ki, iyulun 24-nə keçən gecə Moskvaya iki pilotsuz uçuş aparatı düşüb.

Mənbə: The Insider

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir