Dünya

Zəlzələdən sonra dağılmış evinin yerində qarpız bitdi – FOTO

Sharing is caring!


Türkiyədə fevralın 6-da baş verən zəlzələdə ən çox zərər çəkən şəhərlərdən biri Antakyada maraqlı hadisə yaşanıb.

Belə ki, zəlzələ nəticəsində evi tamamilə dağılmış Nəzmi Yamaneri dağıntıların təmizlənməsindən sonra keçmişdə yaşadığı evin ərazisinə baş çəkib və orada qarpızların bitdiyinin şahidi olub.

Oğlu bu görüntüləri çəkərək sosial şəbəkələrdə paylaşıb.

“Hər yerdə daş, beton olmuş ərazidən qarpızın yetişdiyini görəndə təəccübləndik. Heç kimin ağlına belə bir şey gəlməzdi. Bəxtimiz gətirsə, yeyəcəyik”, – zəlzələ nəticəsində evini itirmiş kişi bildirib.

Mənbə: İHA

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir